Aleksandr Lukaşenko əməliyyat olunub

Aleksandr Lukaşenko əməliyyat olunub
# 22 noyabr 2014 21:39 (UTC +04:00)

Bu barədə APA “BelTA”-ya istinadən xəbər verir.

“Cərrahiyə əməliyyatına səbəb xokkey məşqi zamanı alınan zədə olub. Əməliyyat planlı şəkildə keçirilib. Prezidentin iş qrafikinin sıx olması səbəbindən əməliyyatı bundan əvvəl keçirmək mümkün olmayıb”, deyə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont bildirib.

Əməliyyatdan sonra Lukaşenko özünü qənaətbəxş edir və hazırda reabilitasiya kursu keçir. Bunun üçün ona 3-4 gün gərəkdir, bu müddət ərzində o öz səlahiyyətlərini tam şəkildə icra edəcək.

A.Lukaşemko bundan əvvəl təqaüdə çıxandan sonra müəllim işləmək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR