Müdafiə Nazirliyi: Hərbi qulluqçuların məişət şəraiti və əşya təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür - FOTOSESSİYA - VİDEO

Müdafiə Nazirliyi: Hərbi qulluqçuların məişət şəraiti və əşya təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2014 06:45 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi qulluqçularının yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər çarpayıları müasir tipli bir və iki mərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması həyata keçirilir. Eyni zamanda iplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunur.

Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlıqlarının yeniləri ilə əvəz olunması istiqamətində də müvafiq işlər görülür. Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil edilir, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir.

Qeyd olunub ki, hazırda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri, hərbi-tədris müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları"na əlavə dəyişikliklərin edilməsi barədə qərar qəbul olunması üçün layihə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR