Serj Sarkisyanın impiçmenti haqqında qanun layihəsi hazırlanıb

Serj Sarkisyanın impiçmenti haqqında qanun layihəsi hazırlanıb
# 01 dekabr 2014 13:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistan prezidenti Serj Sarkisyanın impiçmenti haqqında qanun layihəsi hazırlanıb. APA-nın "epress.am" saytına istinadən verdiyi xəbərə görə, qanun layihəsi “Erməni Milli Konqresi” Partiyasının deputatı Nikol Paşinyan tərəfindən irəli sürünüb.

Lakin sənədin hazırkı sessiyada növbədənkənar qaydada müzakirəsi üçün lazım olan 44 imza toplamaq mümkün olmayıb. Layihəyə Nikol Paşinyanla birlikdə “İrs” Partiyasının deputatları Zaruhi Postancyan və Aleksandr Arzumanyan imza atıblar. Buna baxmayaraq, N. Paşinyan layihəni qanunvericilik təşəbbüsü kimi bu dəfə parlament komissiyasına təqdim edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR