Ötən ay Azərbaycanın dövlət sərhədini pozmuş 50 nəfər saxlanılıb

Ötən ay Azərbaycanın dövlət sərhədini pozmuş 50 nəfər saxlanılıb
# 01 oktyabr 2014 10:08 (UTC +04:00)

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Sərhəd pozucularının 24 nəfəri Azərbaycan, 9 nəfəri Əfqanıstan, 8 nəfəri Özbəkistan, 3 nəfəri Moldova, 2 nəfəri İran, 2 nəfəri Ukrayna, 1 nəfəri Gürcüstan, 1 nəfəri İspaniya vətəndaşı olub.

Sərhədboyu rejim qaydalarını pozduqlarına görə 11 halda 14 nəfər, Xəzər dənizində isə 9 halda 11 nəfər inzibati məsuliyyətə cəlb olunub. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən axtarışda olan 231 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Sentyabr ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində 39 halda ümumi dəyəri 231 min manat olan qaçaqmal, o cümlədən 888 ədəd Rusiya istehsalı olan səsyazma cihazı, 172 ədəd yanğın təhlükəsizlik cihazı, 1 ədəd planşet, 1708 ədəd ətir, 5 ədəd mobil telefon, 382 şüşə müxtəlif markalı içkilər, 1000 ədəd spirtli içkilər üçün aksiz marka, 237 ədəd qapaq, 5113 ədəd müxtəlif markalı siqaret, 200 kq bal, 8299 ədəd pirotexniki vasitə, 2 ədəd qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR