Gürcüstan və Rusiya arasında daimi hava əlaqəsi noyabrda bərpa oluna bilər

Gürcüstan və Rusiya arasında daimi hava əlaqəsi noyabrda bərpa oluna bilər
# 16 sentyabr 2014 19:14 (UTC +04:00)

Bakı-APA. Gürcüstan və Rusiya arasında daimi hava əlaqəsi oktyabrın sonunda bərpa oluna bilər. APA-nın məlumatına görə, bu barədə “Novosti Qruzii” agentliyi Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

“Daimi hava əlaqəsinin oktyabrın sonundan bərpa olunacağı ehtimal edilir”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında daimi hava əlaqəsi 2006 ildə, iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra ləğv olunub. Hazırda bir neçə aviaşirkət iki ölkə arasında çarter reysləri həyata keçirir.

Bundan əvvəl Rusiya tərəfi əvvəl sentyabrın 15-dən Moskva-Tiflis, gələcəkdə isə digər istiqamətlər üzrə daimi reyslər həyata keçirmək təklifi ilə çıxış etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR