Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” Zavodunun baş mühəndisi Kürdə batıb - VİDEO

Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” Zavodunun baş mühəndisi Kürdə batıb - <span style="color: red;">VİDEO
# 21 iyul 2014 07:23 (UTC +04:00)

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Nazirliyin Şirvan şəhərində yerləşən “Telemexanika” Zavodunun baş mühəndisi Heydərağa Mirzəyev iyulun 19-da Kür çayında çimərkən boğulub.

Qeyd edək ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Məlumatda bildirilir ki, Salyan rayonu Parça Xələc kəndi ərazisində 1963-cü il təvəllüdlü H. Mirzəyev Kür çayında batıb.

FHN-in dalğıc-xilasediciləri H. Mirzəyevin cəsədini iyulun 20-də batdığı yerdən 2 km aralıda taparaq çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR