Azərbaycan millisi FİFA reytinqində 50-ci pilləyə yüksələ bilər!

Azərbaycan millisi FİFA reytinqində 50-ci pilləyə yüksələ bilər!
# 15 avqust 2014 08:53 (UTC +04:00)

Azərbaycan millisinin növbəti FİFA reytinqindəki perspektivi bəllidi. Apasport.az saytının məlumatına görə, dünən açıqlanan siyahıdan növbəti cədvələdək olan dövrdə komandamız 3 oyun keçirəcək.

Avqustun 20-də Özbəkistan, sentyabrın 3-də Rusiya ilə yoldaşlıq oyunu, 8-də Bolqarıstanla AVRO-2016-nın seçmə matçına çıxacaq yığmamızın növbəti reytinqdəki mövqeyi bu qarşılaşmaların nəticələrindən asılıdı.

Artıq indidən bu görüşlərin dəyəri bəllidi. Asiyalılar üzərində qələbə 415, heç-heçə 139 xal gətirəcək. Rusiya ilə oyunda bu rəqəmlər 531 və 177-yə bərabərdi. Bolqarıstanla qarşılaşmanın dəyəri isə daha yüksəkdi - 960 və 320.

Təbii ki, bu 3 oyunda qazanılacaq xallar ümumi hesaba yazılacaq. Nəticədə isə hazırda 413 xalla dünyanın 73-cüsü olan komandamızın vəziyyətinə aydınlıq gələcək.

Berti Foqtsun yetirmələri hər 3 oyunda qalib gəlsə, ümumi xalımız 540-a çatacaq. Bununla neçənci yerdə olacağımızı proqnozlaşdırmaq asan deyil. Amma indiki cədvəldə 540 xal 50-ci olmaq üçün yetərli idi. Bu üzdən bir ay sonrakı cədvəldə toplanan xalın indiki siyahıda tutmağa imkan verdiyi yeri “təxmini mövqe” kimi qəbul etmək olar.

Bu da o deməkdir ki, millimiz 50-ci yerə qədər yüksələ bilər. Ən pis halda, hər 3 oyunda uduzsa isə “100-lüy”ü tərk etməyəcək. Ümumilikdə isə 3 qarşılaşma üçün 27 variant mümkündür.

Özbəkistan

Rusiya

Bolqarıstan

Xal

“təxmini mövqe”

2

2

2

540

50

2

2

1

469

65

2

2

0

434

71

2

1

2

501

56

2

1

1

430

72

2

1

0

394

79

2

0

2

481

62

2

0

1

410

75

2

0

0

375

84

1

2

2

510

54

1

2

1

439

68

1

2

0

403

78

1

1

2

470

65

1

1

1

399

78

1

1

0

364

88

1

0

2

451

66

1

0

1

380

83

1

0

0

344

93

0

2

2

494

58

0

2

1

423

73

0

2

0

388

80

0

1

2

455

66

0

1

1

384

80

0

1

0

348

92

0

0

2

435

71

0

0

1

364

88

0

0

0

329

99

2 – millimizin qələbəsi, 1 – heç-heçə, 0 – məğlubiyyət.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR