Gəncədə həmyerlisini güllələyən şəxs tutulub

Gəncədə həmyerlisini güllələyən şəxs tutulub
# 30 oktyabr 2014 09:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncədə həmyerlisini güllələyən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də ov tüfəngindən atəş açaraq Sənan Qurbanovu yaralayıb hadisə yerini tərk edən Qalib Cəfərov tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR