ADA Universiteti və İraq XİN Diplomatik Xidmət İnstitutu arasında Memorandum imzalanıb - FOTO

ADA Universiteti və İraq XİN Diplomatik Xidmət İnstitutu arasında Memorandum imzalanıb - <span style="color: red;">FOTO
# 04 dekabr 2014 12:56 (UTC +04:00)

Bakı – APA. Bu gün ADA Universiteti ilə İraq Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Xidmət İnstitutu arasında iki ölkənin diplomatları və diplomatik xidmət işçiləri üçün daha yaxşı təhsil və treninqlər vermək, eyni zamanda onların tədqiqatlarına dəstək olmaq üçün qarşılıqlı əməkdaşlığın dəstəklənməsinə və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

ADA Kommunikasiya Departamentindən APA-ya verilən məlumatda bildirilir ki, Memoranduma əsasən, tərəflər təşkili nəzərdə tutulan dərs proqramları, kurslar, seminarlar və bu kimi akademik fəaliyyətlərlə bağlı məlumatları, hər iki təhsil müəssisəsi tərəfindən qəbul olunmuş tədris proqramlarında istifadə olunan müasir tədris metodikalarını, peşəkar göstəricilərin artırılması məqsədilə qarşılıqlı maraq dairəsində olan sahələrdə professorlar, mühazirəçilər, mütəxəssislər, tədqiqatçılar və tələbələri mübadilə etmək, müştərək dövri nəşrlər, jurnallar, məqalələr, elmi tədqiqatlar, eləcə də tərəflərin maraq dairəsində olan beynəlxalq münasibətlər sahəsindəki nəşrləri mübadiləsi üçün müvafiq sistem yaratmaq haqqında razılıq əldə edib.

Sənədi ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və İraq XİN-in Diplomatik Xidmət İnstitutu adından səfir Hayder Şiya əl-Barrak imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR