Azərbaycanın güc strukturlarına universal mobil ekspertiza sistemi təqdim olunub

Azərbaycanın güc strukturlarına universal mobil ekspertiza sistemi təqdim olunub
# 22 oktyabr 2014 12:06 (UTC +04:00)

APA-nın məlumatına görə, yeni sistem «CİPS Caspian» təhlükəsizlik texnologiyaları sərgisində nümayiş etdirilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, «İnspect-8» adlı sistem pasportlar da daxil olmaqla, müxtəlif sənədlərin, əsginasların, eləcə də rəsm əsərlərinin saxta olub olmadığını müəyyən etməyə imkan verir. Onun daşına bilməsi hadisə yerinə qısa müddətdə götürülməsini və yerində ekspertiza aparılmasını təmin edir.

Şirkətin təqdim etdiyi mobil sistem həmçinin təcavüz hadisələri zamanı zərərçəkənin üzərindən götürülən bioloji nümunələrin, eləcə də cinayət hadisələrinin baş verdiyi yerdə atılmış güllələrin və gilizlərin ballistik ekspertizasının aparılmasına imkan verir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR