SOCAR bu ilin iyul ayında dövlət büdcəsinə 145 mln. 525 min manat vəsait ödəyib

SOCAR bu ilin iyul ayında dövlət büdcəsinə 145 mln. 525 min manat vəsait ödəyib
# 12 avqust 2015 08:31 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dövlət Neft Şirkəti tərəfindən bu ilin iyul ayında dövlət büdcəsinə 145 mln. 525 min manat vəsait ödənilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında büdcəyə 874 mln. 255 min manat vəsait ödənilib.

Bundan əlavə, bu ilin iyul ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 mln. 173 min manat vəsait köçürüb. Ümumilikdə, 2015-ci ilin yanvar-iyul aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 80 mln. 957 min manat təşkil edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR