FHN DYNX Yevlax rayonunda regional seminar-müşavirə keçirib

FHN DYNX Yevlax rayonunda regional seminar-müşavirə keçirib
# 21 aprel 2015 11:24 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Aran bölgəsini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, meşə mühafizəsi və bərpası müəssisələri, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Yevlax rayonunda “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda müşavirə keçirib.

FHN DYNX-dan APA-ya verilən məlumata görə, keçirilən regional müşavirədə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələr əsas müzakirə obyekti olub.

Seminar-müşavirəni Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Eldar Qarayev açaraq qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün əsas vəzifələrdən ətraflı danışıb.

Seminar-müşavirədə yanğına qarşı təbliğat, maarifləndirmə işinə geniş yer verilərək Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Nizami Fərəcov və Elçin Hüseynovun dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərdən bəhs edən mühazirələri dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR