Oyuncaq tapança ilə cinayət törətməkdə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib

Oyuncaq tapança ilə cinayət törətməkdə təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib
# 04 mart 2015 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə _ APA. Bakı Apelyasiya Məhkəməsində soyğunçuluq və digər cinayətlərdə təqsirləndirilən Babək Həsənov və Afiq Məmmədovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, ötən il iyulun 4-də iki nəfər avtomobillə Mingəçevir şəhər sakini Qəhrəman Orucovun idarə etdiyi “VAZ 2106”nın qarşısını kəsib. Onlar Qəhrəman Orucova hədə-qorxu gələrək pulunu alıblar. Hadisəni törədən Babək Həsənov və Afiq Məmmədov saxlanılıb və onlardan oyuncaq tapança götürülüb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.2.4, 142.2.5, 145.2.6-cı (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə), 180.2.1, 180.2.2, 180.2.4-cü (soyğunçuluq), 182.2.1, 182.2.2 və 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Babək Həsənov və Afiq Məmmədovun hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR