Qeyri-həyat sığortası bazarında yığım 11,3%, ödəniş isə 0,3% artıb

Qeyri-həyat sığortası bazarında yığım 11,3%, ödəniş isə 0,3% artıb
# 14 avqust 2015 08:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 209,5 mln. manatı və ya 74%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 11,3% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 22,2%-i və ya 46,5 mln. manatı tibbi sığortanın, 21,7%-i və ya 45,5 mln. manatı avtomobillərin icbari sığortasının, 9,3%-i və ya 19,5 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 8,8%-i və ya 18,4 mln. manatı kasko sığortasının, 8,7%-i və ya 18,1 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, qalan 29,3%-i və ya 61,5 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

7 ay ərzində sığorta ödənişlərinin 70%-ni və ya 73,4 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,3% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,1%-i və ya 28,7 mln. manatı tibbi sığortanın, 25,5%-i və ya 18,7 mln. manatı avtomobillərin icbari sığortasının, 19,9%-i və ya 14,6 mln. manatı kasko sığortasının, qalan 15,5%-i və ya 11,4 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 35 manatı ödəniş edilib. 2014-cü ilin ilk 7 ayında isə bu rəqəm 38,9 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR