Bank Of Baku

Alparslan Bayraktar: Qaz və neftdən yaşıl enerjiyə sürətli keçid şansımız yoxdur

Alparslan Bayraktar: Qaz və neftdən yaşıl enerjiyə sürətli keçid şansımız yoxdur
# 12 noyabr 2024 17:01 (UTC +04:00)

“Yaşıl enerjiyə keçid, karbonsuzlaşdırma ilə bağlı dünyanın iqlim dəyişiklikləri ilə mübarizədəki çağırışlarını yüksək qiymətləndirirəm”.

Bunu APA-ya açıqlamasında Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, ancaq keçid də real və rasional əsaslarla olmalıdır: “Bizim xüsusilə qaz və neftdən çox sürətli şəkildə keçid etmək şansımız yoxdur. Çünki dünyada iqtisadiyyatın onurğası qalıq yanacaqlar üzərindədir. Burada təbii qaz xüsusilə əhəmiyyətlidir. Çünki yaşıl enerji dediyimiz qaynaqlar günəş, külək olmasa olmur. Məsələn, Günəş yoxdursa, külək elektrik yoxdur. Bunların yerinə bizim daha az emissiya edən təbii qazdan istifadə etməyimiz lazımdır. Çünki təbii qaz kömürdən daha az emissiya buraxır. Təbii qazdan elektrik istehsal etməliyik. Buna görə də təbii qazdan hələ bir müddət -2040-cı illərə qədər istifadə ediləcəyini düşünürəm”.

Nazir onu da bildirib ki, Türkiyə tapdığı təbii qazı istehsal etməyə davam edir: “Amma bu işlər çox çətindir. Azərbaycanın bu sahədə çox mühüm təcrübəsi var. Biz istehsalımızı 7 milyon kubmetrə çatdırmışıq. Bu gün Türkiyə öz istehsal etdiyi qazla 3 milyon evin təbii qaz ehtiyacını qarşılaya bilir. Türkiyədə 20 milyon ətrafında təbii qaz istifadə edən ev var. Bunların 3 milyonunu öz istehsal etdiyimiz qazla təmin edirik. İstehsalımızı 2025-2026-cı ildə bugünkünün 3 qatına çatdırmağı düşünürük”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR