Bank Of Baku

Çilini COP29-da böyük nümayəndə heyəti təmsil edəcək

Səfir Giancarlo Alberti

© APA | Səfir Giancarlo Alberti

# 09 noyabr 2024 19:45 (UTC +04:00)

"Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) Çilini 121 nəfərlik nümayəndə heyəti təmsil edəcək".

APA xəbər verir ki, bunu Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili Giancarlo Alberti deyib.

O əlavə edib ki, Çilidən Azərbaycan səfər üçün üç təyyarədən istifadə etməyin vacibliyini düşündükdə, bu rəqəm kifayət qədər diqqətçəkəndir: "Çili ilə Azərbaycan arasında əlaqələr 1994-cü ildən qurulub. Ötən 30 illik müddətdə biz bir-birimizin mövqelərini açıq şəkildə dəstəkləmişik və bu dəstək davam etdiriləcək".

Səfirin sözlərinə görə, bu ay ərzində Bakıda Çili Səfirliyinin Konsulluq Şöbəsi də fəaliyyətə başlayacaq.

Diplomat deyib ki, ölkələrimiz bir-biri ilə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və rəsmi Santyaqo bu əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR