Bank Of Baku

COP29 çərçivəsində “Hamı üçün dayanıqlı aerokosmos” adlı tədbir keçirilib

COP29 çərçivəsində “Hamı üçün dayanıqlı aerokosmos” adlı tədbir keçirilib
# 13 noyabr 2024 17:16 (UTC +04:00)

COP29-un 3-cü günü Yaşıl Zonada “Hamı üçün dayanıqlı aerokosmos” adlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd gənclərin dayanıqlı kosmos barədə məlumatlılığını artırmaq olub.

Tədbir çərçivəsində gənclərin hazırladığı raket maketləri nümayiş etdirilib, kosmik tullantılar barədə danışılıb. Kosmik tullantılara nəzarət edilməzsə, onun iqlim dəyişikliyi və havanın çirklənməsinə yol açacağı vurğulanıb. Daha sonra gənclərin aerokosmosa dair hazırladığı videorolik izlənilib və gənc liderlər, iqlim dəyişmələrinə qarşı mübarizəyə dair fikirlərini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR