Bank Of Baku

COP29 çərçivəsində mədəni proqramların təşkili nəzərdə tutulub

COP29 çərçivəsində mədəni proqramların təşkili nəzərdə tutulub
# 08 noyabr 2024 15:52 (UTC +04:00)


“COP29 çərçivəsində Prezident İlham Əliyevin tapşırığı ilə mədəni proqramların təşkil olunması nəzərdə tutulub”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov COP29-a hazırlıq işləri ilə tanışlıqla bağlı media nümayəndələri ilə görüşdə deyib.

“Noyabrın 11-i cənab Prezident İlham Əliyevin iştirakı ilə COP29-un açılış mərasimi olacaq. Xüsusən, Liderlər Sammitinin açılışında 40 dəqiqəlik mədəni proqram nümayiş ediləcək. Heydər Əliyev Mərkəzində və Gülüstan Sarayında müxtəlif tədbirlər təşkil olunacaq”, - deyə o əlavə edib.

Prezidentin köməkçisi bildirib ki, mavi və yaşıl zonalarda bir sıra heykəltəraş və rəssamların yaradıcılıq nümunələri də nümayiş ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR