Bank Of Baku

COP29-da aktivistlər iqlim maliyyəsinin ədalətli formalaşdırılması tələbi ilə aksiya keçirib - FOTO - VİDEO

COP29-da aktivistlər iqlim maliyyəsinin ədalətli formalaşdırılması tələbi ilə aksiya keçirib  - FOTO  - VİDEO
# 14 noyabr 2024 09:05 (UTC +04:00)

Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində bu gün iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya baş tutub.

APA xəbər verir ki, iqlim aktivistlərinin keçirdiyi aksiyada "İqlim maliyyəsi üçün pul ver!", "İqlim maliyyəsi üçün milyardlar yox, trilyonlar!", "İtki və zərər fondunu doldur!", “İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!” və digər şüarlar səsləndirilib.

Aksiyada, həmçinin, "Detallı İqlim Fakturası" başlığı ilə 10 metr uzunluğunda pankart açılıb.

Sahilə Cabbar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR