Bank Of Baku

COP29 iştirakçıları avtobuslardan və metrodan pulsuz istifadə edəcək - RƏSMİ

COP29 iştirakçıları avtobuslardan və metrodan pulsuz istifadə edəcək  - RƏSMİ
# 06 noyabr 2024 18:50 (UTC +04:00)

9-24 noyabr 2024-cü il tarixlərində Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün avtobus marşrutlarından istifadə ödənişsiz olacaq.

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Bakı Metropoliteni" QSC-dən isə verilən məlumatda bu gündən 22 noyabr tarixinədək metroda COP29 iştirakçıları üçün istifadənin ödənişsiz olacağı bildirilib.

Məlumata görə, metro və avtobuslardan istifadə üçün COP29 iştirakçıları akkreditasiya kartlarını təqdim etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR