Bank Of Baku

COP29-la bağlı Bakı Stadionunda bütün işlər bu axşam yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək

COP29-la bağlı Bakı Stadionunda bütün işlər bu axşam yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək
# 08 noyabr 2024 12:54 (UTC +04:00)

“COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.

O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək: “Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR