Bank Of Baku

COP29-un baş danışıqçısı fransalı nazirin Bakıya səfərini ləğv etməsinə münasibət bildirib

Yalçın Rəfiyev

© APA | Yalçın Rəfiyev

# 14 noyabr 2024 14:01 (UTC +04:00)

"Azərbaycanın qapıları məhsuldar danışıqların tərəfinə çevrilmək istəyən hər kəs üçün açıqdır".

APA-nın məlumatına görə, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Prezidentliyinin bugünkü mətbuat konfransında "Agence France-Presse"nin fransalı nazirin Azərbaycana səfərini ləğv etməsi barədə sualına cavabında bildirib.

O deyib ki, ölkəmiz bu konfransda 80 nəfərdən çox dünya dövlətlərinin liderlərini qəbul edib, yüzlərlə nazir COP29-un işinə töhfə verilməsi üçün Bakıya gəlib:

"Atılan bütün addımıar danışıqlar prosesinin səmərəli keçməsinə hesablanıb. Biz məhsuldar müzakirələrdə iştirak etmək istəyən, danışıqların tərəfinə çevrilmək niyyətini elan edən hər kəsi ölkəmizdə qəbul etməyə hazırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR