Bank Of Baku

Konqo Respublikasının Prezidenti: Bütün dünya ölkələri burada təmsil olunur, bu, COP29-un uğurudur

Konqo Respublikasının Prezidenti: Bütün dünya ölkələri burada təmsil olunur, bu, COP29-un uğurudur
# 12 noyabr 2024 16:39 (UTC +04:00)

"Öncə, dostum, qardaşım Prezident İlham Əliyevi və onun hökumətini bu mükəmməl təşkilatçılıq üçün təbrik etmək istəyirəm. Bu, diqqətəlayiq bir uğurdur".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso deyib.

O bildirib ki, hamı COP29 ətrafında toplaşıb:

“COP29-a gələnlər çoxdur. Bütün dünya ölkələri burada təmsil olunur. Bu COP29-un uğurudur”.

O deyib ki, dünən Paris Sazişinin karbon məsələləri üzrə 6-cı maddəsinin mexanizmlərinin qəbul olunmasını alqışlayıblar.

“Avropa ölkələri liderlərindən gəlməyənlər olsa da, həmin ölkələri təmsil edən nümayəndələr var. Buna görə deyə bilərik ki, əsas məsələ iştirak etməkdir. Öz adımdan deyə bilərəm ki, COP29 nailiyyət əldə edib”, - deyə prezident qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR