Bank Of Baku

Kot-d'İvuarlı nümayəndə: COP29-un Azərbaycanda keçirilməsi yaxşı fürsətdir

Kot-d
# 12 dekabr 2023 11:46 (UTC +04:00)

Hesab edirəm ki, növbəti iqlim sammiti COP29-un Azərbaycanda keçirilməsi yaxşı fürsətdir.

APA xəbər verir ki, bunu Kot-d'İvuardan olan nümayəndə Konate Daouda deyib.

“Mənim gələn il Azərbaycanda keçiriləcək iqlim konfransından gözləntim çoxdur. İnanıram ki, orada mühüm addımlar atılacaq. Mən ümid edirəm ki, gələn il COP-da inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə qarşı daha dayanıqlı olmaq üçün kömək edəcəklər. Hesab edirəm ki, biz bu istiqamətdə ev sahibi ölkə kimi Azərbaycanla bu fürsətdən istifadə edərək işləyə bilərik”, - o qeyd edib.

Konate Daouda vurğulayıb ki, iqlim dəyişikliyinin nəticələrinin ağır təsirlərini görən ölkələrə yardımla bağlı fondun yaradılması COP28-də elan edilib: “Ümid edirəm ki, Azərbaycanda keçiriləcək sammitdə daha çox ölkələr bu fonda töhfə verəcək, konkret addımlar atacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR