Bank Of Baku

Mikayıl Cabbarov: Karbon bazarlarının fəaliyyəti real görünür

Mikayıl Cabbarov: Karbon bazarlarının fəaliyyəti real görünür
# 13 noyabr 2024 15:52 (UTC +04:00)

COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü Maddəsi ətrafında müzakirələr zamanı müsbət nəticələr əldə edilib.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda Dünya İqtisadi Forumu ilə keçirilən sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"10 ildən çox idi bu məsələnin həll yolunu tapmaq mümkün olmurdu. COP29-un ilk günündə bu barədə razılığa gəlinib. Karbon bazarlarının fəaliyyəti artıq reallıq kimi görünür", - deyə nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR