“Artıq ikinci dəfədir ki, Azərbaycandayam. Hər səfərimdə burada daha isti qonaqpərvərlik görürəm”.
APA xəbər verir ki, bunu COP29-da iştirak edən Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin deyib.
O qeyd edib ki, COP29 konfarsnının iştirakçıları Bakıda çox isti qarşılanıblar: “Fikrimcə, beynəlxalq ictimaiyyət uzun müddətdir ki, iqlim dəyişkiliyi ilə mübarizə aparmalı olduğumuzu bilir. Lakin təəssüf ki, bəzi problemlərin həlli ilə bağlı tədbirlər çox ləng aparılır. Hesab edirəm ki, belə konfransların vasitəsilə irəliləyiş əldə edilməlidir”.