Bank Of Baku

Nobel Sülh Mükafatı Laureatı: COP-da məsuliyyət təkcə ev sahibi ölkənin deyil, bu, qlobal liderlərin birgə məsuliyyətidir

Aleksey Kokorin

© APA | Aleksey Kokorin

# 19 noyabr 2024 15:48 (UTC +04:00)

COP-da məsuliyyət təkcə ev sahibi ölkənin deyil, bu, qlobal liderlərin birgə məsuliyyətidir.

Bunu APA-ya açıqlamasında Nobel Sülh Mükafatı Laureatı Aleksey Kokorin bildirib.

"Hər COP üç komponentdən ibarətdir. Rəsmi qərarların qəbulu onlardan yalnız biridir. Hər COP-un bir dəyişməz qaydası var: bütün tərəflər hər şeyə qərar verməzdən əvvəl nəticə əldə etmək olmur", - o bildirib.

"İkincisi, nazirlərin və yüksək vəzifəli şəxslərin görüşləridir. Bu şəxslər konkret maliyyə rəqəmlərindən danışırlar. Üçüncüsü, şirkətlər, təşkilatlar, maliyyə institutları, QHT-lərdir. Sadalanan qurumlar yeni tərəfdaşlıqlar qurur, insanlar arasında əlaqələr yaradırlar", - o vurğulayıb.

Sahilə Cabbar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR