Bank Of Baku

Pakistan Ali Məhkəməsinin hakimi: İqlim maliyyəsi yeni insan hüququdur

Pakistan Ali Məhkəməsinin hakimi: İqlim maliyyəsi yeni insan hüququdur
# 15 noyabr 2024 17:57 (UTC +04:00)

"Maliyyə olmasa, adaptasiya edə bilmərik, itki və zərərlə məşğul ola bilmərik. Beləliklə, iqlim maliyyəsi yeni insan hüququna çevrilir".

Bunu APA-ya Pakistan Ali Məhkəməsinin hakimi Mansur Ali Şah deyib.

"Qlobal cənubdan Pakistan kimi ölkələr iqlim dəyişikliyindən təsir görür. Beləliklə, bizim strategiyamız adaptasiyadır, çünki biz bu yeni iqlimə uyğunlaşmalıyıq. Biz isə istixana qazlarının emissiyaları əsas istehsalçısı deyilik. Bu çərçivədə, biz bir sıra şeylər haqqında danışdıq, xüsusən də iqlim maliyyəsinin bizim üçün ən vacib şey olduğu barədə. Maliyyə olmasa, adaptasiya edə bilmərik, itki və zərərlə məşğul ola bilmərik. Beləliklə, iqlim maliyyəsi yeni insan hüququna çevrilir. Pakistan pavilyonundan bunu deyirdik. Bərbaedici ədalət yeni iqlim ədalətidir”, - Mansur Ali Şah qeyd edib.

O bildirib ki, inkişaf etmiş ölkələrin iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə ödəməli olduqları iqlim borcu var: “Ən azı, məhkəmə və hökumət tərəfdən deyə bilərəm ki, COP29-un bütün diqqəti ondan ibarətdir ki, bizə iqlim maliyyəsi lazımdır. İnkişaf etmiş ölkələr isə bu maliyyəni iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə verməlidirlər. Məhz onlar və onların istehsal emissiyaları səbəbindən bir çox aşağı gəlirli ölkələr üçün bu problem yaranıb. Onların iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə xoşməramlılıq jesti kimi deyil, bir hüquq və öhdəlik kimi mənəvi öhdəlik, qanuni öhdəliyi var ki, adaptasiya ehtiyaclarına, eləcə də itki və zərər məsələlərinə cavab verə bilsinlər".


"Əgər Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı üzləşdiyi problemlər varsa, o zaman biz hamımız bir araya gəlib adaptasiya və iqlimin maliyyələşdirilməsi üzərində birlikdə işləyə bilərik. Beləliklə, iqlim ədaləti cəbhəsində, hətta iki ölkənin məhkəmə orqanları arasında koordinasiya ola bilər", - deyə Mansur Ali Şah söyləyib.

O bildirib ki, sabah onlar Azərbaycan Ali Məhkəməsinin sədri ilə görüşəcəklər və Ali Məhkəməyə baş çəkəcəklər:

“Biz çox ümid edərdik ki, Pakistan və Azərbaycan Ali Məhkəməsi arasında əməkdaşlıq olacaqdır. Bir sıra maraqlı məsələlər haqqında danışmaq olar və mən bunu alqışlayıram. Mən Azərbaycanın baş hakiminin İslamabadda bizə baş çəkməsini və ya iki məhkəmə arasında bir növ anlaşma olmasını alqışlayardım. Biz, həmçinin Azərbaycan və Pakistanın bir birilərinin hakimlərinə təlim keçirilməsindən və məhkəmə-hüquq cəbhəsində əməkdaşlığın qurulmasından danışa bilərik”.

Aysel Naibova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR