"COP bir sıra problemlərin həllinə töhfə versə də, əksər problemlər yenə də qalır. Havaya ən çox karbon emissiyası buraxan ölkələrin liderləri o tədbirdə iştirak etmirlər".
APA xəbər verir ki, bunu QHT təmsilçisi Əliməmməd Nuriyev deyib.
O bildirib ki, COP29-da dünyanın bütün liderlərinin iştirakının təmin ediləcəyini düşünür: "Bu gün avtomobil istehsalçılarının 85 faizi ekologiyanın tələblərini pozan avtomobil istehsal edirlər. Kiçik bir araşdırma aparılıb və məlum olub ki, Avropa və Şimali Amerikanın 50 iri istehsalçısından 35-i iqlim dəyişiklikləri ilə bağlı qərarların qarşısını almaq üçün müxtəlif fəaliyyətlər apardıqları aşkarlanıb".