Bank Of Baku

"Ukrnafta": Gələcəkdə Azərbaycan nefti Ukrayna zavodlarında emal oluna bilər

"Ukrnafta": Gələcəkdə Azərbaycan nefti Ukrayna zavodlarında emal oluna bilər
# 13 noyabr 2024 12:00 (UTC +04:00)

Gələcəkdə Azərbaycan neftinin Ukrayna zavodlarında emal olunması ilə bağlı planlar ola bilər.

Bunu APA-ya açıqlamasında Ukraynanın ən iri neft və qaz istehsalçısı olan "Ukrnafta" şirkətinin Müşahidə Şurasının sədri Duncan Nightingale deyib.

"Ukraynanın Azərbaycan hökuməti ilə çox güclü əlaqələri var. Fikrimcə, müharibədən sonrakı Ukraynanın bərpasında Azərbaycanın iştirak etmək ehtimalı var. Bu, ya Ukraynadakı neft və qaz sənayesinə birbaşa çıxış, ya da emal üçün xam neftin təchizatı ola bilər. Lakin hazırda biz müharibədən sonrakı Ukraynanın bərpasının necə olacağını və müharibənin nə vaxt bitəcəyini gözləməliyik", - deyə o, əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR