COP-29 iqlim dəyişmələrindən əziyyət çəkən insanların səsini çatdırmaq üçün bir fürsətdir.
APA-nın xəbərinə görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
“Tam şəkildə və güvənlə söyləyə bilərəm ki, hər birimiz davamlı şəkildə ümidlərimizi reallaşdırmaq və daha nikbin bir gələcək üçün çalışmağa davam edəcəyik. BMT Məskunlaşma Proqramının rəhbəri olaraq COP29 sədrliyinə təşəkkürümü bildirirəm. Eyni zamanda əməkdaşlıq və uzaqgörənlik əsasında davamlı şəkildə COP29-un keçirilməsi ilə bağlı sizi təbrik edirəm”, deyə xanım Maimuna Mohd bildirib.
UN-HABİTAT-ın rəhbəri iqlim dəyişikliyi ilə bağlı təhlükələrin artıq çox real olduğunu qeyd edib: “Kuala Lampurda, bizim şəhərimizdə, eləcə də bütün digər şəhərlərdə uzunmüddətli istilik dalğalarından tutmuş, ən böyük qasırğalara qədər müxtəlif fəlakətləri görürük. Bu problemlərin həll edilməsinə töhfə verə bilərik və davamlı şəkildə sərmayənin ayrılması şəhər əsaslı yaşıllıqların yaradılması, eyni zamanda karbon emissiyanın azalmasına töhvə verməliyik. Kəskin iqlim hadisələrinə təbiət əsaslı həlləri təklif edirik, şəhər mərkəzləri, biomüxtəliflik, qovşaqlara və eyni zamanda biomüxtəlif şəhərlərin yaradılması, çevrilməsini təklif edirik”.
Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə Azərbaycana təşəkkürünü bildirən Maimuna Mohd dayanıqlı inkişaf olmadan sülhün yaradılmasının mümkünsüz olduğunu vurğulayıb.