Bank Of Baku

XİN rəhbəri: COP29 Azərbaycanın nüfuzunun güclənməsinin sübutudur

XİN rəhbəri: COP29 Azərbaycanın nüfuzunun güclənməsinin sübutudur
# 18 dekabr 2023 10:55 (UTC +04:00)

Azərbaycan bu gün xarici siyasətdə uğurlar əldə edib.

APA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xarici İşlər Nazirliyi və ADA-nın birgə təşkilatçılığı ilə beynəlxalq münasibətlər, diplomatiya sahələrində təhsil alan tələbələrin məlumatlılığının artırılması məqsədi ilə diplomatiya həftəsində çıxışı zamanı bildirib.

“Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi nümunəvi sədrlik adlandırılıb. Ölkəmizin QH-yə sədrliyi dövründə bu təşkilata marağın artması, yeni üzvlərin müşahidəçi statusu alması, onun nəzdində yeni institutların yaradılması, 120 ölkə tərəfindən Azərbaycanın sədrliyinin bir il də uzadılmasına razılıq verilməsi uğurlu sədrliyin nümunəsidir", - nazir vurğulayıb.

Azərbaycanlı nazir xatırladıb ki, bu günlərdə daha bir beynəlxalq əhəmiyyətli tədbirin - COP29-un ölkədə keçirilməsinə razılığın verilməsi Azərbaycanın etibarının artması, ölkənin nüfuzunun güclənməsinin sübutudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR