Konstantin Kosaçov: "Türkiyə ilə bütün hökümətlərarası müqavilələr dondurulmalıdır"

Konstantin Kosaçov: "Türkiyə ilə bütün hökümətlərarası müqavilələr dondurulmalıdır"
# 24 noyabr 2015 20:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov Türkiyə ilə bütün hökümətlərarası müqavilələrin dondurulmasını təklif edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, rusiyalı senator Türkiyə tərəfinin Suriyada Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsini vurması səbəbindən Türkiyə ilə bütün əlaqələrin dondurulmasının vacib olduğunu qeyd edib.

"Türkiyəyə tətilə getməyə hazılaşan Rusiya vətəndaşları bu ölkəyə getməsinlər. Bu ölkə ilə hökümətlərarası müqavilələr əlaqələr düzələnədək dondurulmalıdır", deyə Kosaçov bildirib.

Türkiyənin baş vermiş insidentlə bağlı üzr istəməyəcəyinə işarə vuran rusiyalı senator vurğulayıb ki, NATO-nun da bu insidenti qiymətləndirməyə cürəti yoxdur: "Türkiyənin üzr istəyəcəyinə də ümidim yoxdur. Qlobal terrorla mübarizədə potensial tərəfdaşlarımızın reaksiyalarını gözləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR