Roma papası Fransisk Bakıdakı Katolik kilsəsində  dua mərasimində çıxış edib - YENİLƏNİB - FOTO

Roma papası Fransisk Bakıdakı Katolik kilsəsində  dua mərasimində çıxış edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO
# 02 oktyabr 2016 08:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Roma papası Fransisk Bakıdakı Katolik kilsəsində dua mərasimində (messa) çıxış edib.

APA-nın məlumatına görə, Roma Papası Xristian dininin müqəddəs kitabı olan “İncil”dən sitatlar gətirib.

Papası Fransisk çıxışında dünyaya iman, sülh və ədalət mesajı verib.

***

saat 09.58

Bakı. Məlahət Nəcəfova-APA. Bakıdakı Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə dua mərasimi (messa) başlayıb.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri iştirak edir.

Xatırladaq ki, Roma papasının Bakıya bir günlük səfər zamanı onun Azərbaycan prezidenti İlham Əliyev, hökumət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşü gözlənilir. O, Şəhidlər Xiyabanına ziyarət edəcək. Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsi rəisi Allahşükür Paşazadə ilə görüşdən sonra şeyx və ölkənin digər dini icmalarının nümayəndələri ilə dinlər arası görüş keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR