Səudiyyə Ərəbistanından olan vəzifəli şəxs radikal islamçılara dəstək verdiklərini etiraf edib

Səudiyyə Ərəbistanından olan vəzifəli şəxs radikal islamçılara dəstək verdiklərini etiraf edib
# 14 sentyabr 2016 16:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın BMT yanında keçmiş daimi nümayəndəsi Zalmay Xəlilzad Səudiyyə Ərəbistanından olan yüksək vəzifəli məmurun krallığın uzun müddət radikal islamçı qruplaşmaları maliyyələşdirdiyini etiraf etdiyini bildirib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Əfqanıstan və İraqda səfir vəzifələrində çalışmış Z. Xəlilzad Səudiyyə Ərəbistanına səfəri barədə “Səfir: Kabuldan Ağ Evə, mənim qarışıq dünyadan keçən səyahətim” adlı kitab yazıb. Diplomat deyib ki, keçmişdə Səudiyyə Ərəbistanı hakimiyyəti islam təməlçiliyinə sponsorluq etdiyini rədd edirdi, lakin Ər-Riyada son səfəri zamanı o, qeyri-adi etiraf eşidib. Yüksək vəzifəli şəxs etiraf edib ki, Ər-Riyad islamçı ekstremistləri Misir prezidenti Camal Əbdül Nasirin siyasətinə qarşı bir tarazlıq amili kimi hələ 1960-cı ildən dəstəkləməyə başlayıb. "Bunu etiraf etmirdik, çünki 11 sentyabr hadisələrindən sonra bizimlə əlaqəni kəsəcəyinizdən və bizə düşmən kimi yanaşacağınızdan ehtiyatlanırdıq", - deyə adının çəkilməsini istəməyən səudiyyəli dövlət xadimi söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR