NATO rəsmisi: “Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi NATO-nun məqsədlərinə daxil deyil”

NATO rəsmisi: “Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi NATO-nun məqsədlərinə daxil deyil”
# 03 noyabr 2015 09:17 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Dağlıq Qarabağ münaqişəsində tərəflərdən hər hansı birinə silahlar verən ölkə faktiki olaraq münaqnişənin davam etməsinə yardım edir"

APA-nın news.am saytına istinadən verdiyi xəbərə görə, bu barədə NATO zabiti Uilyam Layxu İrəvanda keçirilən NATO həftəsi çərçivəsində keçirilən mətbuat konfrasındakı çıxışı zamanı bildirib.

Alyansın nümayəndəsi xatırladıb ki, NATO tənzimləmə prosesinə bilavasitə iştirakı qəbul etmir.

“Əlbəttə, davam etməkdə olan problem bütün regiona təsir edir. Mənfi təsir təkcə təhlükəsizlik deyil, həm də gələcək və iqtisadi inkişaf baxımından da özünü göstərir.”

NATO rəsmisi, həmçinin, Dağlıq Qarabağada sülhməramlıların yerləşdirilməsinin NATO-nun məqsədlərinə daxil olmadığını bildirib.

“Əgər Ermənistan və Azərbaycan və digər maraqlı tərəflər istəsələr, bu, müzakirə edilə bilər,”-deyə Uilyam Layxu əlavə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR