Təkrar seçkilərlə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi bu gün başa çatacaq

Təkrar seçkilərlə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi bu gün başa çatacaq
# 23 may 2016 11:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatacaq.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinə əsasən, dairə və məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmalıdır. İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu müddət mayın 24-dək olan dövrü əhatə edir.

Məntəqə seçki komissiyaları tərəfindən seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi üçün ayrılan müddət də bu gün başa çatır. Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsini təmin etməlidir. Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar bu müddət mayın 24-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR