Çavuşoğlu Kerri ilə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib

Çavuşoğlu Kerri ilə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib
# 16 avqust 2016 18:24 (UTC +04:00)

Bakı-APA. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə “Habertürk” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həmkarlar həmçinin Kerri və ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfərini və Suriyadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək. Avqustun 23-24-də nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR