Azərbaycanın Milli Musiqi Günü Efiopiyada qeyd olunub

Azərbaycanın Milli Musiqi Günü Efiopiyada qeyd olunub
# 24 sentyabr 2016 09:24 (UTC +04:00)

Bakı – APA. Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Azərbaycan Milli Musiqi Günü münasibətilə dahi bəstəkar Üzeyir Hacıbəylinin bərpa edilmiş və rənglənmiş “Arşin mal alan” musiqili komediya filmi nümayiş etdirilib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Efiopiyadakı səfirliyinin təşkil etdiyi nümayiş şəhərin ən böyük kinoteatrlarından biri olan “Seravit Cinema”da baş tutub.

Tədbirdə çıxış edən səfir Elman Abdullayev bildirib ki, 1945-ci ildə çəkilmiş “Arşin mal alan” filmi Heydər Əliyev Fondunun təşəbbüsü ilə ABŞ-in Los Anceles şəhərində rənglənərək bərpa edilib. O, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun ölkəmizin və dünyanın müxtəlif ölkələrində musiqi və mədəniyyətimizin təşviqi istiqamətində gördüyü işlər barədə qonaqlara məlumat verib.

Tədbirdə Efiopiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diplomatlar, Afrika İttifaqı Komissiyasının nümayəndələri, Efiopiya rəsmiləri, Efiopiya Kinematoqraflar Assosiyasiyasının sədri, mədəniyyət işçiləri və Azərbaycanın təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər. Filmin nümayişindən sonra qonaqlara Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və milli mətbəxin təamları təqdim olunub.

Tədbir ölkənin aparıcı mətbuatının diqqətində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR