Lənkəranda hərbi hissənin yaxınlığında 4 ədəd partlamamış tank əleyhinə mina aşkarlanıb

Lənkəranda hərbi hissənin yaxınlığında 4 ədəd partlamamış tank əleyhinə mina aşkarlanıb
# 10 sentyabr 2016 20:39 (UTC +04:00)

Bakı-APA. Lənkəran şəhərində 4 ədəd partlamamış tank əleyhinə mina aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, sentyabrın 10-da Lənkəran şəhərində N saylı hərbi hissənin yaxınlığında 1 təhlükəli əraziyə baxış keçrilib, 4 ədəd partlamamış tank əleyhinə mina (TM-62M) aşkar edilərək götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR