Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Avqust - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 Avqust - <span style="color: red;">VİDEO
# 19 avqust 2015 17:08 (UTC +04:00)

Türkiyədə koalisiya danışıqları uğursuzluqla başa çatdı. İŞİD Türkiyə hökumətini hədəfə alan videomüraciət yaydı. Türkiyə növbədənkənar seçkilər qərarı aldı. PKK terror hücumlarını intensivləşdirdi. İŞİD və PKK-nın fəaliyyəti artıq Türkiyədə seçkilərə təsir göstərən amilə çevrilib. Bu amil seçkilərdə siyasi partiyalara xal qazandıracaq, yaxud partiyalar İŞİD və PKK faktoruna görə səs itirəcəklər. Hər şey bir səs uğrunda belə ölüm-dirim savaşına çıxacaq siyasi partiyaların PKK və terror mövzusunu necə manipulyasiya edəcəyindən asılıdır. Seçkilərin nəticələri həm də İŞİD və PKK terrorunun hansı partiyanın maraqlarına cavab verdiyini ortaya qoyacaq. Çünki Türkiyənin özündə belə PKK-nın aktivləşməsini, yaxud İŞİD-in Ankaranı hədəfə götürməsini seçkilərə hesablanmış aktlar hesab edən böyük toplum var. Bu toplumun nə dərəcə haqlı olduğunu dekabrda biləcəyik. Amma işin siyasi tərəfindən başqa mənəvi tərəfi də var. Siyasi maraq, partiya, yaxud qrup marağı bir şəhid övladının göz yaşından üstün ola bilməz...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR