Deputat: "Heyvanları incidənlərə qarşı sərt cəzalar tətbiq olunacaq"

Deputat: "Heyvanları incidənlərə qarşı sərt cəzalar tətbiq olunacaq"
# 28 noyabr 2017 09:38 (UTC +04:00)

“Azərbaycanda heyvanlara qarşı münasibət dözülməz hal alıb. Buna görə qanunvericiliyə sərt cəzalar əlavə ediləcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib.

O qeyd edib ki, bununla bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə müvafiq əlavələr nəzərdə tutulub: "Biz bunu hazırlayacağıq. Çünki ölkədə istər vəhşi, istərsə də ev heyvanlarına qarşı çox vəhşi münasibət yaranıb. Bu isə yolverilməzdir. Heyvanlara xüsusi diqqət lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR