Məzahir Pənahov: "Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib"

 Məzahir Pənahov: "Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib"
# 06 fevral 2018 14:04 (UTC +04:00)

"Növbədənkənar prezident seçkilərində təşviqat müddəti başlayana qədər hansısa namizədin və onun tərəfdarlarının təşviqatla məşğul olması yolverilməzdir".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, namizədlər qeydə alınandan sonra təşviqat müddəti başlayana qədər təşviqat qadağandır: "Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR