Azərbaycanda 44 əlil Şəkiyə istirahətə yola salınıb

Azərbaycanda 44 əlil Şəkiyə istirahətə yola salınıb
# 23 iyul 2015 14:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin yaz-yay mövsümündə istirahətinin təşkili məqsədilə görülən işlərin davamı kimi, 44 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə yola salınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ƏƏSMN-nin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda bu ilin yaz və yay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub. Onlardan artıq 830 nəfəri Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahəti xüsusi proqram əsasında təşkil edilir. Belə ki, istirahət müddətində onlar üçün görməli yerlərə, tarixi abidələrin yerləşdiyi məkanlara gəzinti turları, idman yarışları, viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil olunur, onlar müalicəvi bədən tərbiyəsinə, müxtəlif fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.

Yola salınan əlilliyi olan şəxslər ölkəmizdə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsinə, maddi və mənəvi təlabatlarının ödənilməsinə, eyni zamanda yaz-yay mövsümündə onların respublikanın səfalı bölgələrində mənalı istirahətinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR