Bakının iki rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının iki rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 19 avqust 2015 17:20 (UTC +04:00)

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA”ya verilən məlumata görə, diametri 159 və 108 mm-lik orta təzyiqli yeraltı qaz xətlərinin istismara yararsız hissələrinin dəyişdirilməsi ilə əlaqədar 20 avqust tarixdə saat 10.00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 7-8-ci mikrorayonlarının və Dərnəgül yaşayış massivinin, Nərimanov rayonunun Azadlıq prospekti, M.Sənani, X.Şuşinski, S.Rəhmanov, Ç. Zəminli və Ayna Sultanova küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR