Sərhədçilər 17 kq narkotikin ölkəyə gətirilməsinin qarşısını alıb

Sərhədçilər 17 kq narkotikin ölkəyə gətirilməsinin qarşısını alıb
# 28 fevral 2019 13:36 (UTC +04:00)

Sərhəddə 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən ONA-ya verilən məlumata görə, Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, 2 ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr heroin və 4 kq 290 qr marixuana aşkar olunaraq götürül­üb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəs­təsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçiri­lərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağla­malara baxış zamanı 7 kq 900 qr tiryək, 1 kq 20 qr heroin, 3000 həb “Metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmu­latları aşkarlanıb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR