Azərbaycan rusiyalı biznesmen German Sterliqovu hansı səbəbdən beynəlxalq axtarışa verdiyini açıqlayıb

Azərbaycan rusiyalı biznesmen German Sterliqovu hansı səbəbdən beynəlxalq axtarışa verdiyini açıqlayıb
# 31 iyul 2015 10:42 (UTC +04:00)

Bakı – APA. “German Sterliqov və onun erməni hüquqşünas havadarları öz hüquqi savadsızlıqlarını bir daha nümayiş etdiriblər. Bu şəxsin Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“German Sterliqov Rusiya Federasiyasının vətəndaşıdır və müvafiq olaraq da Rusiya İnterpol-un tam hüquqlu üzvüdür. 1956-cı ildən etibarən beynəlxalq təşkilat statusu alan İnterpol dövlətlərarası beynəlxalq qurumdur. German Sterliqov əsasən İnterpol-un üzvü olan Ermənistan və Rusiya istiqamətində hərəkət marşrutunu həyata keçirir və bu amili nəzərə alaraq, onun barəsində İnterpol vasitəsilə axtarış verilib.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda aydın şəkildə müəyyən olunmuş işğal rejimi mövcuddur. Ermənistan tərəfindən bu ərazilərin işğalı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərdə, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Avropa İnsan Hüquqları Məhkəməsinin “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda hüquqi baxımdan bir daha öz təsbitini tapıb”, - deyə o vurğulayıb.

H. Hacıyev qeyd edib ki, konkret cinayətlərdə ittiham olunan və məhkəmənin qərarı ilə barəsində həbs-qəti imkan tədbiri seçilmiş G. Sterliqovun məsuliyyətdən qaçaraq işğal olunan ərazilərdə gizlənməsi bir daha bu ərazilərdə münbit kriminal mühitin hökm sürdüyünü sübut edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR