MDB İcraiyyə Komitəsinin sədri: “Bakıda keçirilən Kimya Olimpiadası önəmli beynəlxalq hadisədir”

MDB İcraiyyə Komitəsinin sədri: “Bakıda keçirilən Kimya Olimpiadası önəmli beynəlxalq hadisədir”
# 21 iyul 2015 09:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedevin 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir.

Məktubda qeyd edilir ki, MDB ölkələri kimya sənayesində çox böyük potensiala malikdir: “Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin bazasında keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Türkmənistan, Özbəkistan və Ukrayna məktəblilərinin fəal iştirakı MDB dövlətlərinin kimya sahəsinə böyük marağını təsdiq edir”.

Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimində 75 ölkədən 292 iştirakçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış alimlər, ziyalılar iştirak ediblər.


İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Olimpiadada iştirak edən Azərbaycan komandasına “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyi və 160 saylı klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR