Xaçmazda intihar olub.
APA-nın məlumatına görə, rayonun Arzu kəndində kənd sakini, 1968-ci il təvəllüdlü Karan Bahəddin oğlu Ömərov sərxoş vəziyyətdə yaşadığı evin zirzəmisində özünü asıb. Onun özünü öldürməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.