Teatr rejissoruna hökm oxunub

Teatr rejissoruna hökm oxunub
# 29 yanvar 2018 13:10 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Yuğ teatrının ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən rejissoru Sahib Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Ağayev 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, S. Ağayev avtomobili idarə edərkən yolu keçən piyada İlkin Ağabalayevi vurub. İ. Ağabalayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisəni törədən S. Ağayev barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR